Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb.
Axar.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Xidmət rəisinin sözlərinə görə, 36-sı qrup halında olan bu hadisələr nəticəsində 75 nəfər vəfat edib:
“605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 588 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub”.