2025 ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcək komandalar

20.05.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ildə keçiriləcək FIFA Klublararası Dünya Çempionatı ABŞ-də baş tutacaq. 

Missiya.Az xəbər verir ki, bu, turnirin ilk dəfə genişləndirilmiş formatda - 32 komandanın iştirakı ilə keçiriləcəyi ilk tədbir olacaq. 

Məlumata görə, yarış 15 iyun - 13 iyul tarixləri arasında təşkil olunacaq və ümumilikdə 63 oyun keçiriləcək.

İştirakçı ölkələr və klublar: Avropa (UEFA) – 12 klub İngiltərə: Manchester City, Chelsea İspaniya: Real Madrid, Atlético Madrid Almaniya: Bayern München, Borussia Dortmund İtaliya: Inter Milan, Juventus Fransa: Paris Saint-Germain Portuqaliya: Porto, Benfica Avstriya: Red Bull Salzburg.

Cənubi Amerika (CONMEBOL) – 6 klub Braziliya: Palmeiras, Flamengo, Fluminense, Botafogo Argentina: River Plate, Boca Juniors.

Şimali və Mərkəzi Amerika (CONCACAF) – 4 klub + ev sahibi Meksika: Monterrey, Pachuca ABŞ: Seattle Sounders, Inter Miami (ev sahibi).

Afrika (CAF) – 4 klub Misir: Əl-Əhli Mərakeş: Wydad AC Tunis: Espérance de Tunis Cənubi Afrika: Mamelodi Sundown.

Asiya (AFC) – 4 klub Səudiyyə Ərəbistanı: Əl Hilal Yaponiya: Urawa Red Diamonds BƏƏ: Al Ain Cənubi Koreya: Ulsan HD Okeaniya (OFC) – 1 klub Yeni Zelandiya: Auckland City.

Qeyd edək ki, bu turnir, əvvəlki illərdəki 7 komandalı formatdan fərqli olaraq, 32 komandanın iştirakı ilə daha geniş miqyasda keçiriləcək və hər dörd ildən bir baş tutacaq.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью