2025 ci ildə səyahət üçün Avropanın ən ucuz 14 şəhəri SİYAHI

24.01.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir çox turist, növbəti tətilini planlaşdırarkən, mümkün qədər çox qənaət etməyə çalışır.

Lent.az xarici nmediaya istinadla 2025-ci ildə gedə biləcəyiniz Avropanın ən ucuz 14 şəhərinin adını təqdim edir:

Reytinqə ev kirayəsinin orta qiyməti bir çarpayı üçün gecəlik 50 dollar, bir stəkan pivə isə 3,7 dollar olan Albaniyanın paytaxtı Tirana başçılıq edir.

"Albaniyanın gözəl sahil xətti son bir neçə il ərzində Yunanıstan, İspaniya və İtaliyaya büdcə alternativi kimi təqdim edilib, lakin ölkəyə baş çəkib onun paytaxtını gəzməmək ağılsızlıq olardı - xüsusən də az büdcəli şəhər tətili axtarırsınızsa”, - turizm eksperti Liv Kelli bildirib.

Reytinqdə ikinci yeri Litvanın liman şəhəri Kaunas (bir gecəlik orta hesabla 76 dollar) tutub, Portuqaliyanın Porto şəhəri isə ilk üçlüyü (bir gecəlik orta hesabla 103 dollar) tamamlayıb. 

2025-ci ildə Avropanın ən ucuz 14 şəhəri:

1.Tirana, Albaniya

2. Kaunas, Litva

3. Porto, Portuqaliya

4. Zaqreb, Xorvatiya

5. Çeski Krumlov, Çexiya

6. Buxarest, Rumıniya

7. Hull, Böyük Britaniya

8. Sofiya, Bolqarıstan

9. Arqos, Yunanıstan

10. Krakov, Polşa

11. Belqrad, Serbiya

12. Marsalforn, Malta

13. Qraz, Avstriya

14. Riqa, Latviya
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью