Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. “2025-ci ildə də vergi qanunvericiliyinə əlavə dəyişikliklər edildi.
Bu dəyişikliklər əvvəlki illərə baxanda həcmcə biraz daha az oldu. Amma yenə də edilən dəyişikliklər çox mühüm və vacibdir.
Vacib məqamlardan biri qanunvericiliyə əsasən mikro sahibkar fiziki və hüquqi şəxslər öz gəlirlərindən 75 % güzəşt tətbiq edə və nəticədə 20 yox, 5 faiz dərəcəsi ilə vergi ödəyə bilərlər.
Amma 2024-cü ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən bu güzəşt o halda mikro sahibkarlar olan vergi ödəyicilərinə verilir ki, həmin fiziki və ya hüquqi şəxslər ən azı üç işçisi olmalıdır.
Belə olan təqdirdə bir sıra fəaliyyət sahələri ilə məşğul olan bəzi vergi ödəyicilər, xüsusi mikro sahibkar olan fiziki şəxslər üçün əlavə bir yük yaradırdı”.
Bu sözləri auditor Anar Bayramov SİA-ya açıqlamsında deyib. Onun sözlərinə görə, bu sahə ilə məşğul olan mikro sahibkarların əlavə üç işçiyə
2025-ci ildə Vergi Məcəlləsinə bəzi fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxslər üç işçisi olmadan belə öz gəlirlərindən 75 % güzəştlər
Yəni vergilərini maxsimum 5% dərəcəsi ilə ödəyə bilərlər. Bu sahələrin konkret siyahısı vardır.