2025 ci ilidə ən çox satılan smartfonlar açıqlandı

29.01.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Araşdırma şirkəti "Counterpoint Research” 2025-ci ildə dünyada ən çox satılan smartfonların TOP-10 siyahısını dərc edib. 

Qaynarinfo-nun məlumatına görə, "Apple” və "Samsung” cihazları artıq dördüncü ildir ki, bazarda üstünlük təşkil edir və qlobal satışların 19 faizini təşkil edir.

Qlobal bazarın lideri "iPhone 16” olub. Bu model satış həcminə görə "iPhone 16 Pro Max” və "iPhone 16 Pro”nu xeyli qabaqlayıb. Reytinqin dördüncü pilləsində isə hazırkı "iPhone 17 Pro Max” yer alıb. Bundan başqa, "iPhone 17” (7-ci yer), "iPhone 15” (8-ci yer) və "iPhone 16e” (10-cu yer) də satışlara mühüm töhfə verib.

Siyahının beşinci və altıncı yerlərində isə münasib qiymətli "Samsung Galaxy A16 5G” və "Galaxy A06 4G” modelləri qərarlaşıb. Bu telefonların qiyməti müvafiq olaraq 180 və 100 dollar təşkil edir. Analitiklər onların uğurunu balanslaşdırılmış texniki göstəricilər və büdcə seqmenti üçün misli görünməmiş davamlılıqla əlaqələndirir. Qeyd olunur ki, bu modellər üçün 6 il müddətində yeniləmələr təklif olunur.

Siyahıya daxil olan yeganə premium Android smartfonu isə "Galaxy S25 Ultra” olub. Ümumilikdə, 2025 və 2024-cü illərin reytinqləri yeni modellərin bazara çıxması istisna olmaqla, bir-birinə olduqca bənzər görünür.

Mütəxəssislər proqnozlaşdırır ki, 2026-cı ildə premium flaqman cihazların bazardakı payı artacaq. Bunun səbəbi qlobal yaddaş çatışmazlığının giriş və orta qiymət seqmentində olan cihazların bahalaşmasına gətirib çıxarmasıdır.

Bu arada, yeni "iPhone Air” modeli bazarda misli görünməmiş dəyər itkisi ilə üzləşib. Müxtəlif ölkələrdə iri mağazalar 400 dollara qədər endirimlər təklif etməyə məcbur qalır ki, bu da istehlakçıların yeni modelə marağının azalmasını göstərir.

2026-cı ilin fevral ayının sonlarında "Galaxy S26” seriyalı smartfonların təqdimatı gözlənilir. Məlumata görə, yeni modellər texniki xüsusiyyətlərinə görə hazırkı cihazlardan ciddi şəkildə fərqlənməyəcək, lakin "S26 Ultra” üçün unikal anti-casus ekranının təqdim ediləcəyi iddia olunur. "Apple” isə payız aylarında ilk qatlanan "iPhone” modelini təqdim etməyi planlaşdırır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью