2025 ci ilin büdcəsində yerli gəlirlər artacaq

10.09.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

2025-ci ilin dövlət büdcəsi layihəsində şəhər və rayonların yerli gəlirləri 793,9 milyon manat, yerli xərcləri isə 799,2 milyon manat həcmində nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Azim Abasov qeyd edib.

O bildirib ki, göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 2,4% və 1,8% artımı əks etdirir və artım fiskal idarəetmənin təkmilləşdirilməsi, vergi bazasının genişlənməsi ilə bağlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью