2025 ci ilin ən yaxşı 10 aviaşirkəti THY də var

10.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyanın “Korean Air” aviadaşıyıcısı Avstraliyanın aviasiya təhlükəsizliyi və məhsul reytinqi agentliyi olan “AirlineRatings” tərəfindən 2025-ci il üçün dünyanın ən yaxşı aviaşirkəti seçilib.

Axar.az xəbər verir ki, “Korean Air” ötənilki qalib Qətər Hava Yollarını geridə qoyub.

“Korean Air” dünya aviaşirkətləri arasında ən geniş ekonom sinif oturacaqlarını təklif edir.

İkinci yerdə Qətər Hava Yolları, üçüncü yerdə Yeni Zelandiya Hava Yolları qırarlaşıb.

4 və 5-ci yerləri Honq-Konqda yerləşən “Cathay Pacific” və Sinqapur Hava Yolları tutub.

İlk onluğu “Emirates”, Yapon Hava Yolları, Avstraliyanın “Qantas”, Etihad Hava Yolları və Türk Hava Yolları tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью