2025 ci ilin sentyabr ayından bəri Belçikada 558 şübhəli dron aşkar edilib

28.01.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belçikanın 2025-ci ilin sentyabr ayından bəri 558 şübhəli dron müşahidəsi qeydə aldığı bildirilib.

525.az xəbər verir ki, Belçika Milli Böhran Mərkəzi (NCCN) 2025-ci ilin sentyabr ayı ilə 21 yanvar 2026-cı il tarixləri arasında ölkə daxilində şübhəli dron fəaliyyəti ilə bağlı 558 məlumat aldığını açıqlayıb. 

Daxili İşlər naziri Bernard Kvintin də Federal Parlamentin müvafiq komitəsinə verdiyi açıqlamada bu hadisələrin ölkənin hava məkanının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurduğunu bildirib.

Qeyd edək ki, Belçika hava məkanındakı bu fəaliyyətə görə Brüssel Zaventem və Lyej hava limanlarında hava nəqliyyatı ümumilikdə doqquz dəfə dayandırılıb.

Məhəmməd Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью