2025 ci ilin yazında ən dəbli SAÇ RƏNGİ | Icma.az
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir. 2025-ci ilin yazında gözəllik sənayesində yeni bir trend yaranıb – "raffia bronde"
Bu rəng isti qızılı və bal tonlarının harmonik birləşməsidir və təbii, günəş işığı saçan bir görünüş yaradır.
Rəngin adı raffiti adlanan təbii lifdən götürülüb – bu material açıq, saman rəngi ilə tanınır.
Lent.az xarici mediaya istinadla bu barədə əlumat verir: Britaniyalı məşhur stilist Tom Smit bu çaları "bej rəngli raffia lifinə" bənzədir və qeyd edir ki, rəng nə çox parlaq, nə də çox solğun olduğu üçün il ərzində asanlıqla tənzimlənə bilər – yaz və yay üçün açıq, payız və qış üçün isə daha dərin və zəngin tonlara keçmək mümkündür.
Niyə məhz "raffia bronde?" Bu rəngi təsəvvür edin: günəşli bir blondun istiliyi ilə qəhvəyə çalan rahat bir tonun birləşməsi, üzərinə isə karamelvari yüngül bir parlaqlıq əlavə olunub.
Sanki təbii raffia lifindən hörülmüş zərif saman şlyapaların rəngi saçlara köçürülüb – bu da rəngin adının ilham mənbəyidir.
“Raffia bronde” boyama stili təbii və zərif keçidlər ilə seçilir.
Bu saçlar parlaq və canlı görünür, gün işığında isə küləklə dalğalanan dəniz kimi müxtəlif bucaqlardan fərqli tonlar əks etdirir.
Tam oxu
Xəbəri oxu