2025 ci ilin yekunlarına həsr olunan tədbir keçirilib

22.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Karate Federasiyasının (AKF) 2025-ci ilin yekunlarına həsr olunan hesabat və mükafatlandırma tədbiri keçirilib.

"Cebheinfo.az" xəbər verir ki tədbirdə AKF rəhbərliyi, idmançılar, media nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

AKF prezidenti Ülvi Quliyev ötən il federasiyanın gördüyü işlər haqqında ümumi məlumat verib. O, Azərbaycan karateçilərinin uğurlu çıxış etdiklərini, 200 dən çox medal qazandıqlarını qeyd edib.

"MDB oyunlarında nəticələrimiz uğurlu oldu. Azərbaycan idmanı daim dövlət qayğısı ilə əhatə olunub. Ötən il uğur qazanan idmançılara, məşqçilərə minnətdarlığımı bildirirəm. Həmçinin hakimlərə də təşəkkür edirəm. Nəticələrimiz yaxşı olub. Məşqçilərə və idmançılara uğurlar arzu edirəm. İnanıram ki, bu il də bizi layiqincə təmsil edəcəklər. Biz qalib xalqıq. Bununla fəxr edirəm. Beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəldib, himnini səsləndirməliyik".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью