2025 Neymar üçün erkən bitdi

01.12.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Santos”un hücumçusu Neymar yenidən zədələnib.

"Football-plus.az" xəbər verir ki, bu haqda “Globo” məlumat yayıb.
33 yaşlı hücumçu sol dizindən zədə alıb. O, A seriyasının 35-ci turunun “İnternasyonal”la oyunu ərəfəsində ağrı hiss edib və bu səbəbdən matçı buraxıb. Forvardın növbəti oyuna qayıdacağı gözlənilirdi, lakin onun zədəsinin daha ciddi olduğu müəyyənləşib. Ulduz futbolçunun bu il bir daha meydana çıxmayacağı bildirilib.
Son iki il ərzində tez-tez zədələnən və uzun müddət yaşıl meydandan kənarda qalan Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 25 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədərdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью