2025/2026 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib

14.03.2025

Cbcsport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025/2026 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.

Qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Conext25 PRO” toplarından yararlanacaqlar.

Ötən il Premyer Liqada istifadə edilən, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe” gələn mövsüm I Liqa klublarının ixtiyarında olacaq.

II Liqa komandalarının üzvləri “Adidas Tiro Pro”nu “qovacaqlar”. Onlara bu toplar hədiyyə ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью