2025/2026 mövsümündə Azərbaycan Premyer Liqası uğrunda pley off oyunu olacaq

19.02.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. SİA xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.

Elitada sonuncu yerin sahibi I Liqaya düşəcək, aşağı dəstənin çempionu idə birbala yüksək liqaya vəsiqə əldə edəcək.

2025/2026 mövsümündə I Liqada sonuncu yeri tutan komanda II Liqaya düşəcək, II Liqada birinci yeri tutan komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri tutan komanda II Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью