2025/26 mövsümündə

18.07.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

2025/26 mövsümü UEFA reytinqinə ilk xallarını qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Selye” (Sloveniya) - “Sabah” oyunundan sonra (3:3, ilk matç 2:3) sonda mümkün olub. Reytinqə 0,125 xal əlavə olunub. Hazırda 29-cu olan Azərbaycanın xal ehtiyatı 17,250 təşkil edir. Ölkəmizdən bir pillə öndə - 28-ci pillədəki Ukraynanın 17,975, bir pillə sonra - 30-cu yerdə qərarlaşan Bolqarıstanın 16,500 xalı var.
Xatırladaq ki, “Sabah” Avropa Liqasında mübarizəni başa vurduğu üçün Konfrans Liqasında yarışacaq. Gələn həftə Azərbaycanın daha 3 klubu - “Qarabağ” (Çempionlar Liqası), “Zirə” və “Araz Naxçıvan” da (Konfrans Liqası) avrokuboklarda mübarizəyə başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью