2025ci il Astara terminalının inşası tam yekunlaşacaq

12.12.2024

Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci il Astara terminalının inşası yekunlaşdıqdan sonra yükaşırma qabilləyit 4 milyon tona çatdırılacaq. Bunu jurnalistlərə açıqlamasında  Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov bildirib. 

"Astara dəmir yolu yükləmə terminalında işlərin yekunlaşdırılması üzərində çalışırıq. Fəaliyyət planına görə, gələn il artıq Astara terminalının inşası tam yekunlaşacaq və bu istiqamətdə bizim yükaşırma qabiliyyətimiz 4 milyon tona çatmış olacaq", - sədr bildirib. 

Rüsəmov vurğulayıb ki, növbəti həftə ərzində bu məsələ ilə bağlı İran dəmir yolları rəhbərləri arasında görüş də gözlənilir. 

Aytac 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью