2025ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

11.12.2024

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab olunmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью