2025ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib AZƏRTAC

11.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab olunmur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью