Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tramp 2.0 dolları “partladacaq” Analitiklərin fikrincə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın əvvəlki hakimiyyət dövrü deqloballaşmaya zəmin yaratmışdısa, onun Ağ Evə qayıdışı ABŞ dolları üçün sarsıdıcı nəticələr doğuracaq.
ABŞ 2025-ci ildə büdcə kəsirini azaltmaq üçün idxala böyük rüsumlar qoyacaq.
Bu da başqa ölkələrlə münasibətlərinin xarakterinə təsirsiz ötməyəcək.
Kriptovalyuta bazarı dörd dəfə (təqribən 10 trilyon dollar həcmində) artacaq, dollar isə əsas valyutalara nisbətdə 20%, qızıla qarşı isə 30% ucuzlaşacaq.
“NVIDIA”nın kapitalı “Apple”ı ikiqat üstələyəcək “Saxo Bank”ın qənaətinə görə, “NVIDIA” 2025-ci ildə innovativ “Blackwell” çipi sayəsində böyük nailiyyət qazanacaq.
Sözügedən çip Süni İntellektin inkişafı baxımından əvəzsizdir.
Belə ki, əvvəlki nəsillə müqayisədə istehlak olunan enerji vahidinə görə 25 dəfə daha çox Sİ hesablama performansına imkan yaradacaq.