Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ildə peşəkar astronomlar bir sıra möhtəşəm səma hadisələri vəd edirlər.
Bu il üçün astronomik təqvimdə iki tutulma - bir Ay və bir Günəş tutulması - və demək olar ki, ardıcıl üç Super Ay proqnozlaşdırılıb.
Bundan əlavə, cari ildə Günəş fəallığının artması ilə tezliyi və intensivliyi artan meteor yağışları və şimal parıltıları da olacaq.Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.Bildirilir ki, astronomik hadisələrdən ilki olan Kvadrantidlər meteor axını artıq başlayıb, yanvarın 3-4 tarixlərində pik həddə çatacaq.
Astronomların sözlərinə görə, bir saat ərzində 120-yə qədər "ulduz axını" müşahidə etmək mümkün olacaq.Qeyd edək ki, "axan ulduzlar" da adlandırdığımız meteorlar, əslində Yerin atmosferinə saniyədə 70 km-ə qədər sürətlə daxil olan kometa və ya asteroid parçalarıdır.
Güclü sürtünmə səbəbindən onlar dərhal yanır və gecə səmasında mavi və ya sarımtıl izlər buraxır.2025-ci ilin Günəş və Ay tutulmalarıMartın 29-da Ay Günəşlə Yer arasında düz xətt üzrə yerləşəcək və Günəş diskinin bir hissəsini örtəcək - Günəş tutulması baş verəcək.
Tam tutulmanı yalnız Kanadanın cənub-şərq sakinləri müşahidə edə biləcək, digər regionlarda, o cümlədən Britaniyada Günəş yalnız qismən, təxminən üçdə bir hissəsi tutulacaq.Sentyabrın 7-də isə tam Ay tutulması gözlənilir.
Mütəxəssislərin proqnozlarına görə, bu, XXI əsrin ən uzun tutulmalarından biri olacaq.Super Ay2025-ci ildə üç Super Ay hadisəsi gözləyir - bu zaman dolunay Yerə minimal məsafədə yaxınlaşır və adətən olduğundan 30% böyük və 15% daha parlaq görünür.Bu hadisəni oktyabrın 7-də ("Ovçu Ayı"), noyabrın 5-də ("Qunduz Ayı") və dekabrın 4-də ("Soyuq Ay") müşahidə etmək mümkün olacaq.Qütb parıltılarıEkspertin sözlərinə görə, Günəş fəallığının 11 illik dövrü pik nöqtəsinə çatdığı üçün növbəti 12 ay ərzində parıltıları daha tez-tez müşahidə etmək mümkün olacaq.