2025ci ildə Bakıda badminton üzrə Avropa çempionatı keçiriləcək

13.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

2025-ci ilin 12-16 fevralında Bakıda ilk dəfə badminton üzrə qarışıq komandaların Avropa çempionatı keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək turnirdə 8 komanda mübarizə aparacaq. 1-ci qrupda yer alan millimizin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmalarıdır. İlk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaq.
Digər qrupda Fransa, Almaniya, Çex Respublikası və Niderland komandaları yer alıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью