Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. 2025-ci ilin birinci yarısında "Bitcoin" məzənnəsinin 100 min dollardan yuxarı səviyyədə mö
Oxu.Az-ın məlumatına görə, bu proqnozu Gazeta.ru-ya "Bitget Research"ün aparıcı analitiki Rayan Li verib.
"Bitcoin" 100 min dollar səviyyəsini keçəcək və əvvəlcə 110 min dollar, sonra isə 120 min dollar səviyyəsində müqavimət səviyyəsini sındırmağa çalışacaq.
Optimist ssenari 2025-ci ilin birinci rübündə "Bitcoin"in 120 min dollara çatacağını nəzərdə tutur.
Mülayim ssenari "Bitcoin"in 110 min dollara qədər artacağını nəzərdə tutur.
Pessimist ssenariyə görə, "Bitcoin" 90 min dollaradək düşə bilər", - deyə ekspert qeyd edib.
Li yanvarda, xüsusilə də ABŞ Federal Ehtiyat Sistemi dekabrda keçiriləcək iclasında əsas dərəcənin daha da azaldılması barədə qərar qəbul edərsə, "Bitcoin" məzənnəsinin artmağa davam edəcəyini gözləyir.
Bundan əlavə, 2025-ci il yanvarın 20-də keçiriləcəyi planlaşdırılan ABŞ-nin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi "Bitcoin"ə "müsbət" təsir göstərə bilər.