2025ci ildə bu ərazilərdə dağıdıcı təbiət hadisələri olacaq | Icma.az
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ildə təbii fəlakətlərin artacağı barədə proqnozlar narahatlıq doğurur.
Elmi mənbələr və öncəki təcrübələr göstərir ki, qlobal istiləşmə və iqlim dəyişikliyi bu cür fəlakətlərin tezliyini və şiddətini artırır.
Əsas narahatlıqlar arasında zəlzələlər, sunamilər, quraqlıqlar, daşqınlar və vulkan püskürmələri kimi hadisələr var.
Sfera.az xəbər verir ki, zəlzələlər və sunamilər əsasən Sakit Okean hövzəsində baş verə bilər, çünki bu region "Sakit okean atəş halqası" kimi tanınan yüksək seysmik və vulkanik aktivlik zonasında yerləşir.
Keçmişdə bu ərazilərdə çox sayda fəlakətlər böyük dağıntılara səbəb olub.
Geoloqlar yaxın illərdə də oxşar təbii hadisələrin baş verməsini proqnozlaşdırır.
2025-ci il üçün təbii fəlakət proqnozları əsasən iqlim dəyişikliyinin təsirlərinə və seysmik aktivliyə əsaslanır.
Tam oxu
Xəbəri oxu