Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir çoxumuz hələ yeni ildə nələr geyinəcəyimizi planlamasaq da, moda sahəsində artıq 2025-ci ilin geyim stilləri və rəngləri proqnozlaşdırılıb.
Modern.az xarici KİV-ə istinadən moda brendlərinin və mütəxəssislərinin 2025-ci ilin dəbi ilə bağlı məlumatları təqdim edir.
Mükəmməl görüntü yaradan pijamalar Pijama dizaynlı geyimlərdən istifadəyə 2024-cü ildən başlanılıb.
İstehlakçı tendensiyalarını proqnozlaşdıran “WGSN” şirkəti zərif uyğun pijamaların səyahət, çimərlik və gündəlik geyim stillərində pijama tipli paltarlara üstünlün verəcəyini düşünür.
Şirkətin e-ticarət məlumatları göstərir ki, pijamalar ötən il tətil alış-verişinin ən güclü performans göstərən kateqoriyalarından biri olub.
“WGSN”nin qadın geyimləri üzrə vəzəfiəli şəsi Sara Maggioni CNN-ə bildirib ki, bu geyimlər tətildə hamımızın yataqda daha çox vaxt keçirdiyimizə görə deyil: "Yuxu paltarları indi istirahət edənlər üçün çox faydalı, çoxfunksiyalı əşyalar kimi görünür".
Cazibəli çantalar “WGSN” firmasının ayaqqabı və aksessuar üzrə rəhbəri Ceyn Kollinsə görə, çanta cazibəsinin yüksəlişi birbaşa şəxsi ifadə və eksklüzivliyə olan maraqdan irəli gəlir.