2025ci ildə daha aktiv danışıqlar dövrü olacaq | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. "Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında ziddiyyətli məqamlar var.
Daha doğrusu, həll edilməsi çətin görünən məqamlardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, artıq Azərbaycan Prezidenti də dedi ki, sülh sazişi layihəsində ilkin variantda 17 maddə var: "Onun 15-i razılaşdırılıb, ikisi qalıb.
Prezident də iki maddənin nədən ibarət olduğunu açıqladı. Ermənistan konstitusiyasında dəyişiklik edilməsi məsələsi, Atət-in Minsk qrupunun
Bunlar hazırda müzakirə edilən məsələlərdir. Amma bununla yanaşı iki ayrıca ən ziddiyyətli məsələ də var.
Ermənistan "Alma-Ata prinsipini" irəli sürür. "Alma-Ata bəyannaməsi" əsas götürülərək delimitasiya məsələsini dəstəkləyir.
Ermənistanın hazırkı ərazisini qorumaq məqsədi daşıyır. Çünki SSRİ dövründə ermənilərə bağışlanan Azərbaycan torpaqları var.
Ermənistan çalışır ki, Azərbaycan həmin torpaqlar üzərində ermənilərin legitimliyini tanısın. Bu, Azərbaycanın prinsiplərinə uyğun deyil.
Tam oxu
Xəbəri oxu