2025ci ildə imtahan verəcək şəxslərə ŞAD XƏBƏR Yeni model gəlir | Icma.az
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarında dəyişikliklərin olacağı vədini verib.
Məleykə Abbaszadə 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modelinin tətbiq ediləcəyini bildirib.Tətbiq edilən yeniliklər yalnız IX sinfi bitirəcək təhsilalanlar üçün nəzərdə tutulub.
Yeniliklər bu il buraxılışla yanaşı, qəbul (blok) imtahanı da verəcək XI siniflərə şamil edilməyəcək.Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri "Yeni Sabah"a danışarkən bir neçə xüsusi məqamı qeyd edib:“Yeni imtahan modeli xarici dil predmeti ilə bağlı tətbiq ediləcək.
Bu model artıq aprobasiyadan keçirilib, tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında verilib.Əslində, o qədər də ciddi əlavələr yoxdur.
Sadəcə, IX sinif buraxılış imtahanlarının daha üst səviyyədə dəyərləndirilməsi meyarlarının da sırf buna görə müəyyənləşdirilməsindən ötrü belə bir addımın atılıb.
Ən maraqlı yenilik şəkil tipli esse tapşırığı ilə bağlıdır.Bildiyimiz kimi, PHD (doktorantura) imtahanlarında belə bir qayda var: xarici dil bloku üzrə hər hansı bir şəkil, portret təqdim olunur və imtahan verən şəxs bir dəqiqə ərzində təsvirlə bağlı şifahi şəkildə esse danışmalı, öz fikrini əsaslandırmağı bacarmalıdır.
IX siniflərin buraxılış imtahanlarında da bu metoda müəyyən qədər bənzəyən tapşırıq salınıb.Doğrudur, PHD imtahanı ilə IX siniflərin buraxılış imtahanlarının səviyyə və çətinlik fərqini eyniləşdirə bilmərik.
Tam oxu
Xəbəri oxu