2025ci ildə keçiriləcək dünya çempionatının püşkatma mərasiminin vaxtı bəlli olub

12.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gələn il keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasiminin tarix bəlli olub.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) püşkatmanın dekabrın 5-də təşkil olunacağını açıqlayıb.

ABŞ-nin Mayami şəhərində keçiriləcək mərasimdə 32 komanda səkkiz qrupda yer alacaq. Final mərhələsinin oyunları gələn il iyunun 15-dən iyulun 13-nə kimi davam edəcək.

Qeyd edək ki, dünya çempionatına ABŞ-nin Nyu-Cersi, Şarlott, Sinsinnati, Los-Anceles, Mayami, Neşvill, Orlando, Filadelfiya, Siettl, Vaşinqton və Atalanta şəhərləri ev sahibliyi edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью