Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu rəqəm aylıq müqayisədə 0,2 bənd az, ilin əvvəlinə nisbətən 1,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd çoxdur.
Oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 118,2 bənd təşkil edib.
Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 3,2 bənd, illik müqayisədə isə 5,1 bənd azdır.
Maraqlıdır, yaxın gələcəkdə manata hər hansı ciddi təhlükə varmı?
Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, 2025-ci ilin ilk aylarında manatın bir az dəyər itirməsinə, eləcə də ölkədə sürətli bahaşlamanın şahidi ola bilərik: “2023-ci illə müqayisədə 2024-ci ildə Azərbaycanda idxal göstəriciləri kifayət qədər artıb, amma ixracatda göstəricilərin azaldığını müşahidə edirik.
Bu tendesiya uzunmüddət davam edir. Son 5 il ərzində, yəni 2019-2024-ci illəri əhatə edən dövrdə qeyri-neft sektoru üzrə ixracat göstəricilə