2025ci ildə Rusiya ərazisi Ukraynanın ən genişmiqyaslı hücumuna məruz qalıb | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Rusiyanın bir çox bölgələrində yanğınlar tüğyan etdiyindən əhali təxliyə edilir..." Yanvarın 14-də gecə və səhər saatlarında Rusiyanın bölgələri Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı hücumuna məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "lenta.ru" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, hücum zamanı Tatarıstan Respublikası, eləcə də Saratov, Tula, Tambov, Oryol, Voronej, Bryansk və digər vilayətlər hədəf alınıb.
Kazan, Saratov, Kaluqa, Tambov, Ulyanovsk, Nijnekamsk və Penza hava limanlarında uçuş və enişlərdə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Tatarıstan, Bryansk və Saratov vilayətlərində hücumdan sonra sənaye obyektlərində yanğınlar başlayıb.
Yerli mənbələrin məlumatına görə, Kazanda dronlar "Qazprom"a məxsus maye qaz bazasını hədəfə alıb. Baza ərazisində üç çən yanıb.
Tatarıstan hakimiyyəti bildirib ki, Kazan şəhəri ətrafında Ukrayna dronlarının hücumu nəticəsində qaz çəni yanıb və artıq söndürülüb.
Tam oxu
Xəbəri oxu