2025ci ildə Ukraynada qaz nəqli tarifləri 4 dəfə artacaq Doğru Xəbərlər

30.12.2024

Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynada 2025-ci ildə Rusiya yanacağının tranzitinin dayandırılması ilə əlaqədar qaz nəqli tarifi 4 dəfə qaldırılacaq.

Bu barədə UNIAN yazır.

Qeyd olunur ki, Milli Enerji Tənzimləmə Komissiyası artıq müvafiq qərarı təsdiqləyib.

Daha əvvəl Slovakiyanın Baş naziri Robert Fiko bildirmişdi ki, Avropa İttifaqı Vladimir Zelenskinin Ukrayna ərazisindən qaz tranzitini dayandırmaq qərarına məhəl qoymaması gərginliyin artmasına və cavab tədbirlərinə səbəb ola bilər.

Fico cavab tədbiri olaraq Ukraynaya enerji tədarükünü dayandırmağa hazır olduğunu açıqlayıb.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью