Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Gülbəniz Hüseynli/Banco.az 2025-ci ilin sosial paketinin icrasına start verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına uyğun olaraq bu aydan bır sıra artımlar qüvvəyə minib.
Banco.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat nəzərə çatdırıb ki, Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketinin əsas elementlərindən biri də məhz maaş artımlarıdır ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb.
Bu o deməkdir, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq.
Yəni, minimum əmək haqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar: "Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq.