2025ci ilin dəbi BƏLLİ OLDU KÖNÜL VƏLİBƏYLİ AÇIQLADI FOTOLAR | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. 2025-ci ilin həyatımıza daxil olmasına sayılı saatlar qalıb.
Lakin ildən, gündən, saatdan asılı olmayaraq xanımlarımız hər zaman gözəl, fərqli və zövqlü görünməyə çalışırlar.
Bəs görəsən, 2025-ci ildə nələr dəbdə olacaq? Mövzu ilə bağlı "Bakı Milli Geyim Evi"nin direktoru Könül Vəlibəyli Moderator.az-a danışdı: "B
Dəbli və gözəl geyinməyi sevirlər. 2025-ci il Şərq təqviminə görə taxta Yaşıl İlan işarəsi altında keçəcək.
Hər ilin rəmzi təkcə interyerin bəzədilməsində deyil, həm də geyimdə müəyyən qaydalara riayət edilməsini diktə edir.
Hər il dəbi izləyən və ona uyğun geyindirməyə, dəbə ayaq uydurmağa çalışan xanımlarımıza bildirirəm ki, bu il sorbet sarısı, zefir tozu, krem ​​yaşıl, nanə rəng tonları dəbdə olacaq.
İlan ilində naxışlı, qırmızı, zərli parçalara üstünlük veriləcək. Dekolte, yaxası açıq gecə geyimləri ilin dəbidir.
İlan ili əhvali-ruhiyyə, romantika, gözəllik deməkdir. Gözəl geyinməyi, gözəlliyi sevən xanımlar üçün ilan ili ən gözəl ildir.
Tam oxu
Xəbəri oxu