2025ci ilin ilk 6 ayında bu zəlzələr davam edəcək Seysmoloq | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Dünən və ondan əvvəlki günlərdə dünyanın müxtəlif yerlərində zəlzələlər baş verib.
Çində baş verən zəlzələ güclü maqnituda ilə səciyyələnir. Mən əvvəlcədən qeyd etmişdim ki, 2023, 2024 və indi bu dövrü yaşayacağıq.
Keçən ilin payız aylarında qeyd etmişdim ki, hesablamalarıma görə seysmik aktivlik 2025-ci ildə də bütün dünya miqyasında davam edəcək".Bu sözləri Demokrat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.
"Azərbaycan ərazisi seysmik və tektonik aktivliyi ilə səciyyələnir. Ona görə də kənarda qalmayacaq.
Dağıdıcı zəlzələlərin olması gözlənilmir. Çünki yer dəyişmə sürəti digər ərazilərlə nisbətdə intensiv deyil. Hərəkət, aktivlik var.
Sürəti və intensivliyi isə o dərəcədə aktiv deyil. Məsələn, Sakit okean sahillərində Çin, Tayvan, Yaponiya, Flippin, Avropada Türkiyə, Yunan
Dağıdıcı olmasa da, hiss olunacaq zəlzələdən qaça bilmərik. Ətraf ərazilərimizdə (İran, Ermənistan, Türkiyə) sürət intensivdir.
Tam oxu
Xəbəri oxu