2025ci ilin ilk günündə İranda 15 nəfər edam edilib

02.01.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

2025-ci ilin ilk günündə İranda 15 nəfər edam edilib.


APA xəbər verir ki, bu barədə "Herana" xəbər agentliyi məlumat yayıb.


Yanvarın 1-də İranın müxtəlif həbsxanalarında ən azı 15 məhbusun edam edildiyi bildirilib.
Edamlar Kərəcdəki Malayer, Bəndər Abbas, Yasuc və Qezl-e Hassar həbsxanalarında həyata keçirilib.
İran İnsan Haqları Fəallarının illik hesabatına görə, 1 yanvar 2024-cü ildən 20 dekabr 2024-cü ilə qədər İran həbsxanalarında ən azı 930 məhbus edam edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью