2025də dünyanın 3 əsas münaqişə ocağı...

26.12.2024

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna gələn il üç əsas münaqişə ocağından biri olacaq.

Axar.az xəbər verir ki, bu fikri Almaniyanın aclıqla mübarizə üzrə “Velthungerhilf” humanitar qeyri-hökumət təşkilatının baş katibi Matthias Mogge deyib.

O qeyd edib ki, 2025-ci ildə münaqişə mərkəzləri Sudan, Yaxın Şərq və Ukrayna olacaq:

“Gələn il bu bölgələrə xüsusi diqqət tələb olunacaq. Ukraynada bir çox insan aclıqdan əziyyət çəkir, bəzilərinin psixoloji yardıma ehtiyacı var”.

Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində vəziyyət çox dinamik inkişaf edir və humanitar yardıma daim düzəlişlər edilməlidir. Qəzza zolağında girişin olmaması yardım təşkilatlarının işçiləri üçün əsl problem olmaqda davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью