2025də manatın taleyi necə olacaq? Mərkəzi Bank

18.11.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində 12 aylıq inflyasiyanın hədəf dəhlizi daxilində formalaşmasını təmin etməkdir. Oktyabr proqnozlarımıza görə, inflyasiyanın 2025-ci ildə 5,8 faiz olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyaya 2,1 faiz bənd azaldıcı təsir edəcək:

"2025-ci ildə makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq. Ölkədə maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi və digər məsələlər Mərkəzi Bankın prioritetləri olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью