2025də vəziyyət dəyişəcək: dollar həmləsi gəlir

04.12.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“2025-ci ildə Trampın hakimiyyətə gəlməsindən sonra dollara alternativlərin axtarılmasına başlanacaq”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Saxo Bank” çıxış edib.

“Trampın yeni administrasiyası qlobal maliyyə sistemini böyük tariflərlə alt-üst edir. Dünya isə çalışır ki, dollara alternativlər tapsın”, – bankın açıqlamasında yer alıb.

Bankdan bildirilib ki, Tramp administrasiyası süni intellektin məlumat emalı mərkəzinə vergi tətbiq edə bilər, çünki onlara görə, elektrik enerjisinə tələbat artır.

Bankın proqnozları sırasında həmçinin NVİDİA-nın dəyərinin “Apple”la müqayisədə iki dəfə bahalaşması yer alıb. Daha bir şok proqnozun isə OPEK-in ciddi itkilərə məruz qalacağı ilə bağlı olub. Bu itkiləri OPEK-in elektromobil bumuna görə yaşayacağı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью