Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“2020-ci ildə Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra əldə etdiyi üstün mövqeyə baxmayaraq, sülhün təmin olunması üçün fəal şəkildə təşəbbüslər göstərməyə başladı”.Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Azərbaycanın həyata keçirdiyi “sülhə məcburetmə” siyasəti nəticə verməyə başladı və 2024-cü ildən etibarən sülh prosesində mühüm irəliləyişlər əldə olundu:“Ermənistan, xüsusilə 2023-cü ilin sentyabr hadisələrindən sonra bu reallıqları qəbul etməyə məcbur qaldı və anladı ki, sülhdən başqa alternativ yoxdur.
2025-ci il avqustun 8-də imzalanan Vaşinqton razılaşmaları bu istiqamətdə daha önəmli addım oldu.
Sənəddə Azərbaycanın əsas tələblərindən biri olan ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı ortaq müraciət yer aldı və qrup tamamilə ləğv edildi.
Digər tərəfdən, Zəngəzur dəhlizinin, yəni “TRİİP layihəsi”nin həyata keçirilməsi ilə bağlı da Ermənistan və ABŞ arasında razılıq əldə olundu.
Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin inşası ilə bağlı işlərin 2026-cı ilin ikinci yarısında başlanacağı, prosesin 2028-ci ilə qədər tamamlanacağı bildirildi.
Azərbaycanın digər əsas şərti isə Ermənistanən Konstitusiyada ərazi iddialarına son qoymasıdır.