2026 cı il tarixin ən isti ili olub

09.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dünya Meteorologiya Təşkilatı (DMT) 9-20 noyabr tarixlərində Türkiyənin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) zamanı "Qlobal İqlim Statusu 2026" adlı yenilənmiş hesabatını paylaşıb.

"Cebheinfo.az" xəbər verir ki, olduqca yüksək qlobal temperatur, buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi kimi uzunmüddətli tendensiyanın 2026-cı ildə də davam etdiyi göstərilən hesabatda, son 12 ilin ən isti ildən biri olduğu vurğulanıb.

Hesabatda göstərilir ki, 2026-cı ilin yanvar-sentyabr dövründə qlobal orta səth temperaturu sənaye öncəsi orta səviyyədən təxminən 1,47 dərəcə Selsi yüksək olub.

Sənəddə buzlaqların uzunmüddətli geri çəkilməsinə işarə edilərək, 2026-cı ildə illik buz itkisinin hər saniyədə 5 olimpiya üzgüçülük hovuzunu dolduracaq buz miqdarına bərabər olduğu bildirilir.

İlkin hesablamalara görə, Avropada isti dalğalar, quraqlıq və meşə yanğınları 30 mindən çox insanın ölümünə səbəb olub.

Qeyd olunub ki, Avropanın ən azı 8 ölkəsində temperatur rekordları qırılıb ki, bu da kənd təsərrüfatı, enerji və nəqliyyata böyük təsir göstərib.

Hesabatda həmçinin çox təhlükəli iqlim hadisələrinə qarşı erkən xəbərdarlıq sistemlərinə malik olduğunu bildirən ölkələrin sayının 56-dan 136-ya yüksəlməsi müsbət hal kimi qeyd olunub.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью