2026 cı il üçün dünyanın ən təhlükəsiz aviaşirkətləri açıqlanıb

26.01.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


2026-cı il üçün səyahət planları qurularkən sərnişinlərin əsas diqqət yetirdiyi məqamlardan biri də əlverişli və təhlükəsiz uçuşlardır.
Yeniavaz.com
xəbər verir ki, aviasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlar 2026-cı il üçün dünyanın ən təhlükəsiz aviaşirkətlərinin illik siyahısını dərc ediblər.
Reytinq zamanı 320 fərqli aviaoperator 7 ulduzlu qiymətləndirmə sistemi əsasında təhlil olunub.
Qiymətləndirmə meyarlarına uçuşların ümumi sayı, donanmanın orta yaşı, ciddi insidentlərin mövcudluğu, pilotların hazırlıq səviyyəsi, beynəlxalq təhlükəsizlik auditləri, eləcə də uçuş zamanı turbulentliyin azaldılması tədbirləri daxil edilib.
Aparılan araşdırmanın nəticələrinə əsasən, 2026-cı ilin ən təhlükəsiz aviaşirkətləri bunlardır:
“HK Express”
“Jetstar Airways”
“Scoot”
“flydubai”
“EasyJet Qrupu”
“Southwest”
“airBaltic”
“VietJet Air”
“Wizz Air Qrupu”
“AirAsia Qrupu”
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью