2026 cı il üçün inflyasiya proqnozlaşdırılır AÇIQLAMA

04.12.2025

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ölkədə gələn il üçün inflyasiya proqnozlaşdırılır. Təqribən Mərkəzi Bankın qiymətlərinə görə, inflyasiya 5%-də 13% arasında müşahidə olunacaq. Bu ilki inflyasiya isə təqribən 6%-dədir, yəni 10 aylıq statistikaya əsasən belədir. 11-ci ayın statistikası hələ açıqlanmayıb".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspert bildirib ki, görünən odur ki, gələn ildə qiymət artımı cəmiyyəti narahat edir, amma hökumət bunu çox da ciddi narahatlıq doğuran məqam hesab etmir:
"5%-də 13% inflyasiyada da özlərini rahat hiss edirlər. İlkin statistikaya baxanda görünür ki, ərzaq məhsullarında inflyasiya qeyri-ərzaq məhsullarına nisbətən daha çox müşahidə olunub. Lakin inflyasiya proqnozları məhsullar üzrə dəqiq verilmir, çünki bu çoxsaylı amillərdən asılıdır. Məsələn, idxal bazarlarında qiymətlərin dəyişməsi, Tarif Şurasının atacağı addımlar və digər iqtisadi məqamlar inflyasiyaya təsir göstərir".
Onun sözlərinə görə, hökumət inflyasiyanı ümumi şəkildə proqnozlaşdırır və bu, o deməkdir ki, Tarif Şurasının qiymətləri qaldırmaq qərarını hökumət özü nəzarətdə saxlayacaq:
"İlin əvvəlində kommunal xidmətlərin qiymətləri, məsələn, su artırıla bilər. Ərzaq və qeyri-ərzaq məhsullarında qiymət artımı isə davam edəcək. Konkret məhsul komponentlərində, məsələn, ət qiymətlərində eniş gözləmək doğru deyil, çünki ucuzlaşma meyli yoxdur. Ümumilikdə isə ölkədə qiymət artımı gedişatının davam edəcəyi proqnozlaşdırılır".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью