2026 cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda doğulub

01.01.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.
Naxçıvan Perinatal Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib.
2,6 kq çəkidə doğulan uşaq tam sağlamdır.
Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.
Yeni ilin ilk dəqiqələrində dünyaya göz açan uşağın ailəsini təbrik edir, körpəmizə qədəmlərin uğurlu olsun deyirik.
Ailədən APA-ya bildirilib ki, uşağın adı Rəsul olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью