Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda neft h
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 27 min barel azalma deməkdir. Bu tendensiya növbəti illərdə də davam edəcək.
Neft hasilatı, ehtimal ki, 2026-cı ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun köhnəlməsi səbəbindən bir qədər azalacaq.
Xarici operatorların əlavə investisiyaları azalmanı yavaşladır, lakin dayandırmır", - agentlik qeyd edib.Bu ilin 10 ayı ərzində Azərbaycanda qaz hasilatı 1,7 % artaraq gündəlik təxminən 849 min barel neft ekvivalenti təşkil edib.
Bu da qaz hasilatındakı mülayim artımın neft hasilatındakı əhəmiyyətli azalmanı kompensasiya etmədiyini vurğulayır."S&P"nin qiymətləndirmələrinə görə, 2026-cı ildə qaz hasilatı ümumilikdə cari səviyyədə qalacaq.
"Daha uzunmüddətli perspektivdə bir neçə qaz hasilatı layihəsi ("Abşeron"un növbəti mərhələsi, AÇG-nin dərin layları və "Ümid", "Babək" və "Qarabağ" yataqlarının işlənməsi daxil olmaqla) qaz hasilatını dəstəkləyə bilər, amma onların hamısı planlaşdırmanın ilkin mərhələlərindədir və həyata keçirilməsi üçün illər lazım olacaq", - agentlik vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.