Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, hazırkı bazar real alqı-satqıdan daha çox ipoteka və tikinti şirkətlərinin daxili kredit mexanizmləri hesabına aktiv qalır.
Ekspertin sözlərinə görə, eyni zamanda, paytaxtda aparılan söküntü işləri də tələbatın istiqamətini dəyişib. Artıq tələbat mərkəzdə deyil, kənar ərazilərdə hiss edilir.
Ekspertlər bildirirlər ki, paytaxtın mərkəzində yeni tikililərin sayının azalması bazarda rəqabəti zəiflədib. Bu da uzun illər qiymətlərin süni şəkildə yüksək qalmasına səbəb olub. Lakin alıcı marağının azalması bu modelin uzunmüddətli olmadığını göstərir. Mütəxəssislərin fikrincə, son nəticədə 2026-cı ildə əmlak bazarında kəskin bahalaşma gözlənilmir.