2026 cı ildə getməyin və getməməyin daha yaxşı olduğu yerlər (SİYAHI)

20.11.2025

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni ilin ərəfəsində bir çox nüfuzlu turizm agentlikləri planetdə növbəti ildə ziyarət etməyə dəyər yerlərin siyahısını təqdim edirlər. Lakin az adam nəzərə alır ki, bəzi yerlərə səfər etməkdən çəkinmək daha yaxşıdır. 

Qaynarinfo xəbər verir ki, "Fodor's" səyahət nəşriyyatı ekspertləri 2026-cı ilin "No List" siyahısını təqdim ediblər. Bu siyahıya, əvvəlki illərdə olduğu kimi, artıq turist axınını qaldıra bilməyən dünya üzrə müxtəlif yerlər daxil edilib.

Siyahını hazırlayanlar vurğulayırlar ki, bu yerləri boykot etməyə çağırmırlar, sadəcə onların ziyarətində məsuliyyətli olmağın, yerli təbiətə və sakinlərə hörmətlə yanaşmağın vacibliyini önə çəkirlər.

"No List" – bu, yumşaq, amma dəqiq bir xəbərdarlıqdır: müəyyən müddət üçün, daimi deyil, tempo azaldılsın və açıq-aşkar istirahətə ehtiyacı olan hər hansı bir yerə fasilə verilsin", deyə onlar bildirirlər.

Ümumilikdə "Fodor's"un 2026-cı ilin "No List" siyahısına dünya üzrə səkkiz məşhur turizm istiqaməti daxil edilib.

"Bu illik siyahını uzun müddətdir izləyənlər nəzərə almış ola bilərlər ki, bu il bir neçə yer siyahıya daxil edilməyib – məsələn, Venesiya və Barselona. Bu istiqamətlər möcüzəvi şəkildə "sağalmayıb” – onlar hələ də problemlərlə üzləşir – lakin adi "müştərilər” digər məşhur yerlərin istirahətə ehtiyacını diqqətdən yayındırır", deyə siyahının müəllifləri vurğulayıblar.

Xüsusilə, siyahıya liderlik edən yer uzaq Antarktidadır. İlk baxışda, qitənin uzaqlığı və səfərlərin baha olması nəzərə alınsa, bu istiqamətin kütləvi olmadığı təəssüratı yarana bilər. Lakin son illərdə maraq nəzərəçarpacaq dərəcədə artıb və nəticədə yerli ekosistem artıq Antarktidaya səyahət edə biləcək nisbətən az turistlərin belə yükünü qaldıra bilmir.

2026-cı ildə səfərdən çəkinməli olan səkkiz yer:

1. Antarktida

2. Kanar adaları, İspaniya

3. Qlester Milli Parkı, Montana ştatı, ABŞ

4. Müqəddəs ada, İtaliya

5. Jungfrau regionu, İsveçrə

6. Mexiko, Meksika

7. Mombasa, Keniya

8. Monmartr, Fransa

2026-cı ildə bunun əvəzinə hara getmək olar?

Eyni zamanda, "Fodor's" növbəti ildə ziyarət etməyə dəyər 26 istiqamətin siyahısını təqdim edib:

1. Əbu-Dabi, BƏƏ

2. Bankomb dairəsi, Şimali Karolina, ABŞ

3. Kanberra, Avstraliya

4. Çili dağ-xizəklik regionu

5. Koupeville, Vaşinqton, ABŞ

6. Dominika, Kiçik Antil adaları

7. Enqelberq, İsveçrə

8. Qrenlandiya

9. İka, Peru

10. İndio, Kaliforniya, ABŞ

11. Kin vadisi, Nyu-York, ABŞ

12. Key-Vest, Florida, ABŞ

13. Martas-Vinyard, Massaçusets, ABŞ

14. Monqolustan

15. Ol-Peyeta Qoruğu, Keniya

16. Orisaba, Meksika

17. Plasensiya, Belize

18. Kvinstaun, Yeni Zelandiya

19. Rekko-Emilia: Matilda di Kanossa yolu, İtaliya

20. Saba, Hollandiya Karib adaları

21. Sinqapur

22. Azor adaları, Portuqaliya

23. Zambiya Riviyera, Zambiya

24. Saloniki, Yunanıstan

25. Tohoku, Yaponiya

26. Vürzburq, Almaniya

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью