2026 cı ildə qeyri neft gəlirlərinin büdcədə payı 57 % ə çatacaq

19.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Son illərdə qeyri-neft-qaz sektorundan daxilolmalar sürətlə artıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

O qeyd edib ki 2018-ci illə müqayisədə 2025-ci ilin təsdiq edilmiş büdcə gəlirləri 1,7 dəfə, qeyri-neft-qaz gəlirləri isə 2,2 dəfə çoxalıb. Bu istiqamət üzrə vergi daxilolmaları isə 2,3 dəfə artıb.

Nazir deyib ki, qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildə 40 % olduğu halda, 2025-ci ilin büdcəsində bu rəqəm 52 %-ə yüksəlib. 2026-cı il büdcə layihəsində isə göstəricinin 57 % olacağı nəzərdə tutulur.

Cabbarov əlavə edib ki, 2022–2024-cü illərdə xarici ticarət balansı Dövlət Neft Fondunun qızıl idxalı istisna olmaqla, illik orta hesabla 16 milyard dollar müsbət saldo ilə formalaşıb və qeyri-neft-qaz xidmətləri ixracı 45 % artaraq 6,5 milyard dollardan çox olub.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью