Icma.az bildirir, Redaktor.az portalına istinadən.
“2026-cı ildə resept əsasında yazılan ambulator dərmanlar qarşılanacaq”.
Redaktor.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında bildirdi.
Onun sözlərinə görə, Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir.
“Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur. İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edir və müxtəlif doza və kombinasiyalar üzrə təqdim ediləcək”.
Nuriyyə NATİQQIZI