2026 cı ildən Azərbaycanda vergi dəyişiklikləri qüvvəyə minəcək

06.11.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı ildən etibarən Azərbaycanda bir sıra vergi dəyişiklikləri tətbiq olunacaq. Yeni qaydalar həm sahibkarları, həm də fiziki şəxsləri əhatə edir.

Qanunsuz sahibkarlıq fəaliyyəti:
Vergi uçotuna alınmadan fəaliyyət göstərən şəxslər üçün maliyyə sanksiyası artırılıb. Belə ki, hazırda 40 manat olan cərimə məbləği 200 manata qaldırılır.

ƏDV qeydiyyat limiti:
Pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat həddi 200 min manatdan 400 min manata yüksəldiləcək.

Kirayə gəlirləri üçün vergi güzəşti:
Fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsi 14 faizdən 10 faizə endiriləcək.

Yeni dəyişikliklərin məqsədi vergi sistemində şəffaflığın artırılması, qeyri-rəsmi fəaliyyətin azaldılması və sahibkarlıq mühitinin daha da stimullaşdırılmasıdır.

Gununsesi.info  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью