Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi gələn ilin büdcəsi ilə bağlı proqnozları açıqlayıb.
Gununsesi.info-nun nazirliyin proqnozuna istinadən verdiyi məlumata görə, hökumətin 2026-cı ildən yaxşı gözləntiləri yoxdur:
“Ən yaxşı halda hər şey yerində sayacaq, əgər neftin qiyməti indiki kimi olarsa.
Gələn ilin büdcəsi bu illə müqayisədə cəmi 67 milyon manat artacaq. Əslində bu artım deyil. Müqayisə üçün 2024-cü illə müqayisədə 2025-ci ilin dövlət büdcəsi 4.3 milyard manat və ya 5.4 faiz artıb. Gələn il isə ən yaxşı halda 0.2 faiz…”
Sənəddə büdcənin əsas gəlir mənbəyi – neftin baza qiyməti 65 dollardan götürülüb:
“Amma beynəlxalq maliyyə qurumlarının proqnozu 50-60 dollar aralığında dəyişəcəyidir. Əgər belə olarsa, hökumət valyuta ehtiyatlarından istifadə edib xərcləri ödəmək məcburiyyətində qalacaq. Çünki, 65 dollardan hesablandığı halda 3 milyard manatdan artıq kəsir var, neft proqnozdan 10-15 dollar ucuzlaşsa, kəsir xeyli böyüyəcək”.
Gələn il maaş-pensiya artımına da ümid eləməyə dəyməz. Yəqin ki, ilin əvvəlində 8-10 faizlik indeksasiya ilə kifayətlənəcəyik.
Afət Abbasova
Gununsesi.info