2026 cı ilin diqqətçəkən aksessuarı bəlli OLDU

02.11.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük çiçək formalı broşlar və yaxa gülləri 2026-cı ildə yenidən dəbin əsas aksessuarlarından birinə çevrilib.

Redaktor.az xəbər verir ki, “Vogue” jurnalının məlumatına görə, məşhur dizaynerlər bu aksessuarı yeni kolleksiyalarında təqdim edərək onun dəbə qayıtmasına səbəb olublar.

Əvvəllər daha çox köhnə dəblə əlaqələndirilən iri çiçək formalı broşlar müasir üslubda yenidən işlənib. “Chanel” moda evinin kreativ direktoru Matye Blazi kolleksiyasında kameliya çiçəyindən ilhamlanan, şəffaf ləçəklərə malik iri broşlara yer verib.

“Tom Ford”un 2027-ci ilin yaz-yay kolleksiyasında isə qırmızı qızılgülü xatırladan aksessuarlar dəri gödəkçələr və pencəklərlə təqdim olunub.

Stilistlər bu aksessuarları klassik kostyumlar, geniş biçimli pencəklər, dəri və tüvid geyimlərlə uyğunlaşdırmağı tövsiyə edirlər. Onların fikrincə, broşlar və yaxa gülləri sadə geyimlərə fərqli görünüş qazandıra bilər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью