2026 cı ilin dövlət büdcəsi bütün strateji hədəflərin həyata keçirilməsinə imkan verir Dep…
Icma.az bildirir, Redaktor.az portalına istinadən. 2026-cı ilin dövlət büdcəsi qarşıya qoyulan bütün strateji vəzifələrin həyata keçirilməsi
Redaktor.az xəbər verir ki, bu fikri "Trend"ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputatın sözlərinə görə, növbəti ilin dövlət büdcəsi hazırlanarkən ölkəmizin əsas inkişaf hədəfləri, Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlər və sosial-iqtisadi strategiya diqqətlə nəzərə alınıb.
O vurğulayıb ki, 2026-cı ilin büdcəsi özünün ən mühüm xüsusiyyətlərindən biri olan sosial yönümlülüyünü qoruyub saxlayır.
“Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4 faiz artaraq 17 milyard 146 milyon manat təşkil edir.
Bu artım əhalinin sosial rifahının yaxşılaşdırılması, həssas təbəqələrin müdafiəsinin gücləndirilməsi və sosial proqramların daha geniş şəkildə icrasına şərait yaradır”, -deputat qeyd edib.
Afət Həsənovanın sözlərinə görə, büdcənin əsas prioritetlərindən biri də ölkənin hərbi potensialının və milli təhlükəsizliyinin möhkəmləndirilməsidir.
Müdafiə və təhlükəsizlik sahələrinə 8,7 milyard manat həcmində vəsait ayrılması planlaşdırılır ki, bu da əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir.
Tam oxu
Xəbəri oxu